Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib.