Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib.
Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.
Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycana səfər edən ərəblərin sayında böyük artım nəzərə çarpır.