Teleqraf.com xəbər verir ki, parkda artıq iş yekunlaşıb.
Parkda sakinlərin istirahəti üçün hər bir şərait yaradılıb. Həmçinin, idman qurğuları quraşdırılıb ki, sakinlər rahat şəkildə onlardan istifadə edə bilərlər.
Qeyd edək ki, bu ilin aprelində Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində 54 ağacın qanunsuz kəsilməsi və yerində yaşayış binasının tikilməsi böyük ajiotaj yaratmışdı.
Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş vermişdi.
Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib etmiş və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələmişdi.
Faktla bağlı başlanan cinayət işi çərçivəsində “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılov barəsində həbs qəti-imkan tədbiri seçilmişdi.