Bunu Teleqraf.com-a REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli qurumun siyasi partiyaya nə zaman çevriləcəyi və təsis qurultayının keçirilməsi haqda danışarkən bildirib.
Cəfərli deyib ki, artıq partiyaya çevrilmək üçün aparılan təşkilatı işlər başa çatmaqdadır: “Yəni təşkilatı strukturlar hazırdır. İstənilən an, münbit şərait yarananda, insanlarda siyasətə maraq gördükdə biz formallığı həyata keçirəcəyik. Düzdür, bu gün də biz siyasətlə məşğuluq, amma təsis qurultayının keçirilməsi həm də ictimai-siyasi fəaliyyətlə bağlıdır. Düşünürəm ki, yay mövsümündə bunu keçirməyin mənası yoxdur. Çünki yayda siyasi aktivlik aşağı düşür”.
İcraçı katib bildirib ki, böyük ehtimalla payızda münbit şərait olarsa təsis qurultayını keçirmək haqda qərar verəcəklər: “Bir daha deyim ki, təşkilati işlər artıq sona çatdırmışıq. Nəzərdə tutduğumuz ölkə üzrə 21 məclisdən 19-nu artıq formalaşıb. İki məclisi də yaxın aylarda formalaşdıracağıq. Başqa sözlə, biz formal olaraq hazırıq. Sadəcə, bəlli zaman və şəraitin yetişməsi lazımdır”.