20 İyul 2017 20:51
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 37 nəfər olub.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərib: “Onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib və nəzarətdə saxlanılıb”.

Rauf Nağıyev qeyd edib ki, insanlar günvurmadan qorunmaq üçün günorta vaxtlarında açıq havada gəzməməlidirlər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər