20 İyul 2017 19:46
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan "Müsəlman Birliy"i Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı məhkəmə hökmündən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.
Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər