Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, unutqanlığın həll üsulları çoxdur. Çoxlarının bildiyi ən vacib üsul düzgün qoyulmuş diaqnozla uyğun müalicədir.
Unutqanlıq probleminin sadə həllərindən biri isə düzgün qidalanmaqdır. Alma, qaragilə, pomidor, ispanaq, omega 3, bitter şokoladı, yaşıl çay da yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Alma yaddaşı qüvvətləndirir. Bundan əlavə bu meyvə ürəyə, xolesterinə, qəbizliyə, dişlərə və bir çox xəstəliklərə faydalıdır.
Qaragilə meyvəsi sidik yolu infeksiyalarına, görmə itkisinə, ürək xəstəliklərinə, həzm sistemi xəstəliklərinə, depressiya və bir çox xəstəliklərə kömək edir. Məlumata görə, bu meyvənin tərkibində olan fosfor, maqnezium kimi təsirli minerallar və A, B, C qrupu vitaminlər beyin sağlamlığı üçün idealdır və unutqanlığa xeyirlidir.
Pomidorda olan likopein maddəsi güclü antioksidant hesab olunduğundan hüceyrə problemlərinə kömək edərək, altşeymer kimi yaddaş problemlərinin yaranmasına maneə törədir.
İspanağın tərkibində C, B, E qrup vitaminlərindən əlavə fosfor, maqnezium, yod, dəmir maddələri var. Məhz, bunların sayəsində ispanaq bitkisi yaddaş problemləri yaşayanlar üçün olduqca faydalıdır.
Omeqa 3 yağ turşusunun ən çox qızıl balıqda, sardelyada, ton balığında olduğu bildirilir. Edilən elmi araşdırmalar yaşla bağlı yaranan yaddaş itkiləri üçün omeqa 3 və dəniz məhsullarının faydalı olduğunu göstərib.
Yaşıl yarpaqlı bitkilərdə olan antioksidantlar, A və C vitaminləri, dəmir və kalsium kimi yaddaşı qüvvətləndirən komponentlərin yaşıl çayda olduğu bildirilir. Buna görə yaddaş problemləri yaşayanlar istəyə uyğun gündə 1 stəkan yaşıl çay içə bilərlər.