24 İyul 2017 10:02
450

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün qəbul imtahanının keçirilmə tarixi müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.


Müəllif: Şəfiqə