2 Avqust 2017 11:12
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat yoldaşı tərəfindən döyüldüyüni iddia edən 26 günlük gəlinin müayinəsi zamanı onun bədənində heç bir döyülmə faktına rast gəlmədik.

Bu barədə Teleqraf.com-a açıqlamasında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.

Onun sözlərinə görə, Kənarmeşə kənd sakini Aytac Bağırova xəstəxanada müayinə olunub:
“Qadın xəstəxanaya gələrək iddia etdi ki, həyat yoldaşı onu döyüb, qarnına vurub. Amma həkimlər qadını müayinə edəndə onda döyülməyin heç bir əlamətinə rast gəlinmədi”.

Əbülfət Məmmədov qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır:
“Həkim olaraq bizim işimiz xəstəyə kömək etməkdi. Qadın müayinədən sonra evə buraxılıb”.

Qeyd edək ki, ötən gün həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edən Lənkəranın Kənarmeşə kənd sakini Aytac Bağırova xəstəxanaya yerləşdirilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər