Teleqraf.com-un Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri isə 10467 olub.
Müsabiqədə iştirak edənlərin 9003 nəfəri, o cümlədən 4115 nəfəri dövlət ödənişsiz, 4239 nəfəri dövlət ödənişli, 649 nəfəri isə özəl təhsil müəssisəsinə ödənişli təhsil forması üzrə qəbul olub. Beləliklə, qəbul planı ümumilikdə 86.01 % yerinə yetirilib.
Vakant yerlərin ümumi sayı 1464-dür (13.99 %). Müsabiqənin nəticələrinə əsasən dövlət təhsil müəssisələrinin 824, özəl təhsil müəssisələrinin isə 476 ödənişli yeri boş qalıb. Ödənişsiz vakant yerlərin sayı isə 164-dür. Vakant yerlərin 887-si xüsusi qabiliyyət tələb etməyən, 577-si isə xüsusi qabiliyyət tələb edən ixtisaslardır.
Qeyd olunub ki, boş qalan ödənişsiz yerlər əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrədir. Yalnız Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində xüsusi qabiliyyət tələb etməyən müəyyən ixtisaslar üzrə az sayda ödənişsiz boş yerlər qalmışdır (boş yerlər “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunacaq).
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat
Təhsil forması
|
Qəbul planı
|
Qəbul olunub |
Qəbulolma faizi |
Vakant yerlərin sayı (faizi) |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
||||
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar |
8436 |
7256 |
293 |
7549 |
89.49 |
887(10.51) |
Xüsusi qabiliyyət tələb edən ixtisaslar |
2031 |
1397 |
57 |
1454 |
71.59 |
577(28.41) |
Cəmi |
10467 |
8653 |
350 |
9003 |
86.01 |
1464(13.99) |
Təhsil forması
|
Qəbul planı
|
Qəbul olunub |
Qəbulolma faizi |
Vakant yerlərin sayı (faizi) |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
||||
Dövlət ödənişsiz |
4279 |
3924 |
191 |
4115 |
96.17 |
164(3.83) |
Dövlət ödənişli |
5063 |
4098 |
141 |
4239 |
83.73 |
824(16.27) |
Özəl |
1125 |
631 |
18 |
649 |
57.69 |
476(42.31) |
Cəmi |
10467 |
8653 |
350 |
9003 |
86.01 |
1464(13.99) |
Cari ildə 44 orta ixtisas təhsili müəssisəsinə tələbə qəbulu aparılıb. Onların 15-də plan yerləri 100% dolub. Plan yerlərinin dolma göstəricilərinə görə nisbətən aşağı nəticələr özəl və ya bölgələrdə yerləşən təhsil müəssisələrində qeydə alınıb.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2017-ci il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir. Orta ixtisas təhsili müəssisələri üzrə boş qalan plan yerləri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq və 23-30 avqust tarixlərində boş qalan yerlərə ixtisas seçimi aparılacaq.
Xatırladaq ki, DİM avqustun 7-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.