İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 93 nəfər olub.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, müraciət edənlərin 41 nəfəri xəstəxanalara yerləşdirilib.
Müraciət edən 17 uşaqdan da 11-i xəstəxanaya yerləşdirilib.