Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi - dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçirilib.
Nəticədə 2 ədəd 115 mm-lik top mərmisi (BM-21) aşkar edilərək götürülüb, 240 kv.m ərazi yeraltı və 900 kv.m ərazi yerüstü yoxlanılıb.