17 Avqust 2017 21:25
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə FETÖ-yə qarşı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Teleqraf.com xəbər verir ki, FETÖ-nün Bəytəpə Jandarm Təhsil Mərkəzində tətbiq etdiyi "məhrəm" qayda-qanunları ilə bağlı keçirilən məhkəmə iclasında şahidlərdən "peşimanlıq" ifadələri alınıb.

Qeyd edək ki, məhkəmədə FETÖ üzvü olan kursantlar peşimanlıqlarını dilə gətirdikləri üçün məsuliyyətdən azad ediliblər.

Bugünkü məhkəmə prosesində kursantlar etiraf ediblər ki, onlar FETÖ-yə daxil olan qadınlarla evlənməyə məcbur ediliblər.

Şahid F.K.C. bildirib ki, İzmirdə çavuş kimi xidmət edərkən ona şəbəkənin üzvlərilə tanış olub.

"İlk olaraq Fatih adlı biri ilə tanış oldum. O da məni Hamza adlı biri ilə tanış etdi. Hamza məni evləndirmək istəyirdi. Fatih də mənə belə bir təklif etdi. Sonra mənə kataloqdan qız şəkillərini təklif etdilər. Merve adlı qadınla görüşməyim üçün telefonuma ByLock proqramı yüklədilər. Qızla görüşdüm, amma evlənmədim".

Digər şahidlər də oxşar ifadələr veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər