Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin layihələndirilməsinə başlanılır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Kompleksin yaradılması ilə bağlı işlərə nəzarət və sifarişçi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu müəyyən edilib.
Qurum isə Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması və layihələndirilməyə nəzarət xidmətlərini İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət kompleksin layihələndirilməsi, məzmunun hazırlanması və layihələndirilməyə nəzarət işlərini 995 500 manata icra edəcək.
Xatırladaq ki, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməli ötən ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.