Bir müddət əvvəl ARB TV ilə yollarını ayıran aktrisa Zümrüd Qasımovanın yeni iş yeri bəlli olub.
Teleqraf.com xəbər verir ki, teleaparıcı sentyabrdan Space TV-də efirə çıxacaq.
O, prodakşn quraraq yeni bir televiziya layihəsi hazırlayıb, kanala təqdim edib. Proqramın adı və mövzusu hələlik məlum deyil.
Zümrüd Qasımova ARB-də “Gəlin danışaq” verilişinin aparıcısı olub.