25 Avqust 2017 08:05
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.

Teleqraf.com xəbər verir ki, “AnTuTu” reytinqinin yaradıcılarının qiymətləndirməsinə görə, hazırda Çinin “OnePlus 5” (181 min bal) ən sürətli smartfon hesab edilir, “HTC U11” (180 min bal) ikinci yeri, “Samsung Galaxy S8+” (172,6 min bal), “Galaxy S8” (172,4 min bal) və “Xiaomi Mi6” (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.

Ən məhsuldar smartfonların siyahısına, həmçinin “iPhone 7 Plus”, “Sony Xpreia XZ Premium”, “iPhone 7”, “OnePlus 3T” və “OnePlus 3” smartfonları daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər