5 Sentyabr 2017 23:12
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilib.

Müəyyən edilib ki, ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir, ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir, ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan iqtisadiyyat naziri tərəfindən həyata keçirilir, ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirir.

Nazirlər Kabinetinə ticarət nümayəndəsi və onun aparatı haqqında əsasnaməni və aparatın nümunəvi strukturunu bir ay müddətində təsdiq etmək, ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi qaydasını bir ay müddətində təsdiq etmək, ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin əməkhaqlarının gəlir vergisindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ticarət nümayəndələrinin aparatlarının işçilərinin və onların ailə üzvlərinin xidməti pasportla təmin edilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ticarət nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin dövlət qulluqçusu kimi fəaliyyətinin təmin edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər