5 Sentyabr 2017 21:42
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinin tədqiqatçısı Dilqəm Əhmədin "Cümhuriyyət mirası" adlı sərgisi təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, tədbir saat 17:00-19:00 arası, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Platform”un ofisində (“Caspian Plaza”nın birinci binasının səkkizinci mərtəbəsində) baş tutacaq.

Sərgidə Azərbaycan mühacirət tarixi ilə bağlı maraqlı bilgilər veriləcək, nadir, orijinal materiallar və indiyə kimi heç yerdə görülməyən fotolar sərgilənəcək.

Həmçinin müəllifin "Mühacirlərin dönüşü" adlı kitabının imza günü də olacaq.

Giriş pulsuzdur.


Müəllif: Könül

Oxşar xəbərlər