21 Sentyabr 2017 11:28
3 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru Qafar Hüseynovun işdən azad olunmasına etiraz edən valideynlər bu gün səhər saatlarından məktəbin qarşısında aksiyaya başlayıblar.

Bu haqda Teleqraf.com-a jurnalist Zamirə Dadaşova məlumat verib. O, uşaqlarının bu məktəbdə təhsil aldığını deyib:

“Bütün valideynlər bu qərarla elm ocağının gələcəyindən narahatdır. Qafar müəllim bu liseydə canını qoyub. Bu gün mənim iki oğlum liseydə oxuyur. Başqa bər bəzəkli məktəbdən çıxarıb Qafar müəllimə güvənib bu məktəbə gətirmişəm”.

Zamirə Dadaşova bildirb ki, hazırda polis aksiyanı dağıtmağa çalışır.

Məktəb polislər tərəfindən əhatəyə alınıb. Şagirdlər isə məktəbdən çölə buraxılmır.

Başı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə əməkdaşımıza açıqlamasında bildirib ki, 200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru Qafar Hüseynov səhhəti ilə bağlı məzuniyyətə çıxıb:

“Direktor işdən azad olunmayıb. Məktəb və lisey kompleksinin rəhbəri hazırda səhhətiylə bağlı məziniyyətdədir. Qafar müəllim işdən azad olunması üçün heç bir əmr verilməyib. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır”.


Müəllif: İlhamə Əbülfət