2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüquqi-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Teleqraf.com-a xəstənin yaxınları məlumat verib.
Onlar bildirib ki, Adil Zeynalov 2014-cü ildən “Mila Displastik sindrom” diaqnozu ilə Türkiyənin “Florence Nightinale” xəstəxanasında müalicə alır və bir dəfə ilik transplantasiyası olub.
Xəstəyə indiyə qədər külli miqdarda pul xərclənsə də o, hazırda ağır vəziyyətdədir:
“Adilin təkrarən ilik transplantasiyasına təcili ehtiyacı var. Lakin ailə büdcəmiz bunu həyata keçirməyə imkan vermir. Azərbaycan Prezidenti İlham Əliyev və I vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevadan oğlumuzun xəstəliyinə dəstək olmaları üçün müraciət ünvanlamışıq. İnanırıq ki, minlərlə vətəndaşımıza sahib çıxan Mehriban xanım Adilin sağalmasında bizə də kömək edəcək”.