Turan İnformasiya Agentliyinin fəaliyyətinə hər hansı bir məhdudiyyət yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror deyib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyinin tələbini pozmamalıdır.
Bundan əlavə baş prokuror qeyd edib ki, casus şəbəkəsi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ifşa olunub.
"Hərbi Prokurorluq bu cinayət işinin istintaqını davam etdirir. Hesab edirik ki, bu ilin sonuna qədər bu cinayət işinin istintaqı yekunlaşacaq", - deyə o vurğulayıb.
Xatırladaq ki, avqustun 25-də "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.
M. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə), 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.