1 Noyabr 2017 14:30
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Hüseynovun cənazəsi bu gün Bakıya gətiriləcək.

Bu haqda Teleqraf.com-a mərhum xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova mərhumun dəfni ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, xalq artistinin cənazəsi Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq.

"Vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək. Yas mərasimi Heydər Məscidində keçiriləcək. Dəfn II Fəxri Xiyabanda olacaq".

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib.


Müəllif: İlhamə

Oxşar xəbərlər