3 Noyabr 2017 17:42
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Kolumbiya səfəri ölkənin Gömrük Xidmətinin direktoru Klaudiya Mariya Qaviriya ilə görüşüb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Klaudiya Mariya Qaviriya iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin gömrük işinin təşkili sahəsində də inkişaf etdiyini söyləyən direktor əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib, bunun üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Aydın Əliyev Kolumbiyanın paytaxtı Boqota şəhərinin hava limanına ziyarəti zamanı burada gömrük işinin təşkili sahəsində görülən işlərlə bağlı təəssüratlarını bölüşüb. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində, eləcə də gömrük işində əldə edilən nailiyyətlərdən bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən, qaçaqmalçılıq halları və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ticarətin asanlaşdırılması, iki ölkə arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin hazırlanması və imzalanmasına dair fikir mübadiləsi aparılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər