8 Noyabr 2017 00:25
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nərimanov rayonunda İzzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsindəki tıxaca artıq son qoyulacaq.

Teleqraf.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri həmin əraziyə baxış keçirib və tıxacın səbəbini araşdırıblar. Yaxın vaxtlarda həmin ərazidə 9 metirlik piyada səkisi qısaldılacaq və yola 1 hərəkət zolağı daha əlavə ediləcək.

Bakının daha iki küçəsində tıxac problemi həll olunur. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Təbriz və İzzətdin Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, avtomobillərin hərəkətinə çətinlik yaradan bir sıra maneələr aşkarlanıb.

Mütəxəssislər sözügedən ünvanda problemin həll edilməsi üçün təkliflər hazırlanıb.

Təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib./Xәzәr xәbәr/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər