8 Noyabr 2017 15:48
4 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər ay ən az 6-7 uşağın mədəsindən endoskopik yolla yad cisimlər xaric edilir.

Bunu Teleqraf.com-a açıqlamasında Mərkəzi Klinikanın uşaq pediatr-qastroenteroloq Dilarə Bayramova deyib.

Onun sözlərinə görə, uşaqlar arasında yad cisim udmaları halları tez-tez baş verir:

“Hər ay bu cür hallarla bağlı valideynlərdən ən az 6-7 müraciət daxil olur. Uşaqlar daha çox qəpik, oyuncaq batareyası, sancaq, iynə, mismar, şüşə udurlar. Şüşə, sancaq və iynəni çıxarmaq çox çətin olur. Uşaqların yemək borusu dar olduğu üçün yad cisimlərı çıxaran zaman ona zərər vermək ehtimalı daha böyükdür. Bu, əməliyyata bərabər bir girişimdir. Ümumi anesteziya altında endoskopik yolla mədəyə giriş edirik və xüsusi ucluqla yad cisimi çıxarırıq. Bu yaxında şüşə udan uşağı yoxladıq. Xoşbəxtçilikdən uşaq qusub və yemək borusunun üst qisimindən şüşə çölə qayıdıb. Udanlar da olur”.

Dilarə Bayramova qeyd edib ki, yad cisim udması halları əsasən 3 yaşadək uşaqlar arasında olur:

“İki həftə bundan əvvəl yaş yarımlıq uşaq yastı və diametri 2 sm-ə yaxın oyuncaq batareyası udmuşdu. Uşaqların oyuncaq batareyaları udmaları daha çox rast gəlinir. Valideynlər çox diqqətli olmalıdırlar. Batareyaların tərkibindəki maddə mədə şirəsinin təsiri ilə korroziyaya olunaraq kimyəvi reaksiya verir. Nəticədə selikli qişanın zədələnməsi və mədədə qanaxma halı baş verir. 1-3 yaş arası uşaqlar arasında bu hala rast gəlinir. Çünki onlar bu yaşda gördükləri hər şeyi ağızlarına aparır. Amma 5-7 yaş arası uşaqlar da olub ki, qəpik udublar. Endoskopik yolla qəpik uşağın bədənindən xaric edilir. Bu cür halalrın baş verməməsi üçün valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər