Təhsil Nazirliyi Müdafiə Nazirliyi və ASAN Xidmətlə birgə Tərtər rayonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.
Teleqraf.com xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, ASAN Xidmətin əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri qatılıb.