15 Noyabr 2017 15:47
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin yük şöbəsində Çin Xalq Respublikasından Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gömrük nəzarəti zamanı xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb.

Kabinədə sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.


Müəllif: Sara

Oxşar xəbərlər