Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycanın Türkiyəyə yeni təyin olunmuş səfiri Xəzər İbrahimi qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasının Adanadan seçilən millət vəkili, professor Necdət Ünüvar, TBMM-in baş katibi Məmməd Əli Qumbuzoğlu, habelə səfirliyin müşaviri Ramil Qurbanov da iştirak edib.
Görüş tanışlıq xarakteri daşıyıb. Belə ki, X.İbrahim Prezident İlham Əliyevin 5 oktyabr 2017-ci ildə imzaladığı sərəncamla Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Görüşün media üçün açıq hissəsində TBMM sədri ilə səfir arasında maraqlı dialoq olub. Sözügedən videonu təqdim edirik.