18 Noyabr 2017 09:35
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiyada şəkər istehsalına dövlət tərəfindən böyük dəstək var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afiq Səfərov şəkər tozunun Azərbaycanda istehsalının aşağı düşmə səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, həmin dəstəyin sayəsində Rusiyada şəkər aşağı qiymətə başa gəlir: “Bu səbəbdən Rusiya şəkər istehsalçısı olan ətraf ölkələrə dempinq siyasəti aparmaqdadır.

Azərbaycanda daxili istehsalın qorunması yönündə qanunlar olmadığına görə qonşu ölkədən daha əlverişli qiymətə şəkər bizim bazarlara gətirilir.

Holdinqimizə daxil olan İmişli Şəkər Zavodu işləyir, amma idxal nəticəsində yerli istehsal müəssisəsi çətinliklə qarşılaşıb. Halbuki idxal edilən məhsulla yerli məhsulun keyfiyyətini müqayisə etsək, təbii ki, yerli məhsul dəfələrlə keyfiyyətlidir”.

Qeyd edək ki, bu gün “Marja” rəsmi statistik rəqəmləri analiz edərək 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edildiyini yazıb. Analizin nəticələrinə görə, bu, 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5 faiz azdır.

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilib.


Müəllif: Şәfiqә

Oxşar xəbərlər