Həbsdə olan Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tukanovun səhhəti normaldır. Onun saxlanma şəraitindən narazılığı yoxdur.
Bunu Teleqraf.com-a Musa Tukanovun həyat yoldaşı deyib.
O əlavə edib ki, Tukanov azadlığa buraxılacağını gözləyir:
“Həftənin üçüncü və altıncı günləri evə zəng edərək bizimlə əlaqə saxlayır. Ona vəkil də tutmuşuq. İnanırıq ki, Tukanov azadlığa buraxılacaq”.