1 Dekabr 2017 13:21
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ingilisdilli telekanal açılamalıdır:

“Əvvəllər də bu barədə bildirmişəm. Dövlət büdcəsindən AzTV-yə 32 milyon, İTV-yə 12 milyon manat ayırırıq. Hesab edirəm ki, bu qədər vəsait ayıraraq AzTV-ni saxlamağa ehtiyac yoxdur. Çünki digər telekanallar da prezidentin səfər və sərəncamları barədə yetərincə məlumat yayırlar. Bu mənada dövlət vəsaitindən daha səmərəli istifadə edilməlidir. Çünki dövlət büdcəsindən maliyyələşən telekanlların özəl telekanallardan heç bir fərqi yoxdur. Ola bilər ki, həmin telekanallara ayrılan vəsaitin bir hissəsi hesabına ingilisdilli telekanal açıla bilər. Ukrayna və Qazaxıstanın belə bir təcrübəsi var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər