Azərbaycanda avtomobilləri normadan artıq yükləmək hadi hala çevrilib.
Teleqraf.com xəbər verir ki, buna aid görüntülər Göygöl rayonunda lentə alınıb. Görüntülərdə sürücünün yükdaşıma qaydalarını kobud şəkildə pozduğu açıq aydın görünür.
Avtomobilin üzərinə yığılan yükün içərisində nə olduğu bilinməsə də, onun bu şəkildə hərəkət etməsi real təhlükə mənbəyidir.
İnzibati xətalar məcəlləsinə görə, yükdaşıma qaydalarını bu cür pozan sürücüləri 40 manat cərimə gözləyir.