5 Dekabr 2017 15:54
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il noyabrın 17-də qəbul olunan qanunla təsdiq edilən Azərbaycan Respublikasının “Rəşadət” ordeninin statutu açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Rəşadət” ordeni ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə, fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcəklər.

Qeyd olunur ki, “Rəşadət” ordeninin üç dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir. “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla verilir.

Taxılma qaydasına gəldikdə isə “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.


Müəllif: Səxavət