9 Dekabr 2017 08:21
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbuk” sosial şəbəkəsinə aid olan “Instaqram” foto servisi öz şəxsi messencerini sınaqdan keçirməyə başlayır.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Direkt” adlı mobil proqram “Android” və “iOS” mobil platformaları üçün 6 ölkədə (İsrail, Türkiyə, Uruqvay, İtaliya, Portuqal və Çili) istifadəyə veriləcək. Sınaq müddəti dəqiqləşdirilmir, amma “Direct” messenceri bütün dünyada əlçatan olsa, bu proqram “WhatsApp” və “Facebook Messenger”dən sonra şirkətin üçüncü populyar messenceri olacaq.

“Ze Verge” nəşri qeyd edir ki, “Direkt” bölməsi “Instagram” foto servisində mövcud olduğu müddətdə bir neçə dəfə yenidən dizayn edilib və cari ilin aprelinədək aylıq 375 milyon insan ondan istifadə edib. “Instaqram Stories” funksiyasının populyarlığı “Direkt”in auditoriyasını artırırdı.

İndiki halda “Direkt” eksperimental proqramı 3 əsas bölmədən ibarətdir. Bu bölmələrdən biri kameradan istifadəni nəzərdə tutur: şəkil çəkmək və onu həmsöhbətlərə göndərmək üçün emal etməyə imkan verir (sazlamalarda “Instagram”da olmayan 4 filtr mövcuddur). İkinci bölmə danışıqlar siyahısından ibarətdir, üçüncü bölmə isə istifadəçiyə öz profilini tənzimləməyə imkan verir. Həmçinin “Direkt” mobil proqramından “Instagram”ın əsas proqramına birbaşa keçid mümkündür.


Müəllif:

Oxşar xəbərlər