Uşaqları qapalı və tünlük məkanlardan uzaq tutmaq gərəkdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev azyaşlıların qripdən qorunması üçün lazım olan şəraitdən danışarkən deyib.
Həkimin sözlərinə görə, uşaqlar açıq havada daha çox olmalıdırlar: "Onların ağız-burnunu bərk bağlamağa, bir neçə isti paltarı üst üstə geyindirməyə ehtiyac yoxdur. Gündəlik menyuda meyvə-tərəvəz və bol maye olmalıdır. Evin havasını vaxtaşırı dəyişmək lazımdır. Həmçinin evi həddindən artıq qızdırmaq mənasızdır.
Xəstə uşaq bağçaya və məktəbə getməməlidir. Getsə həm özü gec sağalacaq, həm də başqalarını yoluxduracaq. Qizdirma yüksək olanda(38,5 və daha çox) hərarət salan dərmanların ("Nurofen", "Parasetamol") ilkin dözasını vermək olar. Kiçik yaşlı uşaqlarda hərarət yüksək olarsa mütləq həkimə müraciət etmək lazımdır. Həkimin təyinatı olmadan antibiotik vermək olmaz”.