On beş yaşlı yeniyetməyə xüsusi maddə içirdərək onu cinsi istismara məruz qoyan Amanda Laherə 5 il həbs cəzası verilib.
Teleqraf.com xəbər verir ki, cinayət hadisəsi İngiltərənin Lids şəhərində baş verib.
28 yaşlı Amanda daha sonra faktları yox etmək məqsədilə yeniyetmənin mobil telefonunu sındırıb.
Hadisənin üstü adı açıqlanmayan yeniyetmənin Amanda ilə münasibətini valideynlərinə danışdıqdan sonra açılıb. Valideynlər dərhal polisə məlumat verib.
Məhkəmə önünə çıxarılan Amanda yeniyetmə ilə birlikdə televiziyaya baxdığını, daha sonra ona xüsusi maddə verdiyini, onun fikrini istədiyi istiqamətə çevirdiyini etiraf edib.