Sabah paytaxtın bir sıra hissələrində su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən Teleqraf.com- verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar dekabrın 13-də gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.