Azərbaycanın İsveçrədəki səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, mərasimə toplaşanlar ulu öndərin səfirlikdəki büstü önünə əklil qoyduqdan sonra, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir Xanım İbrahimova tədbirə qatılanlar önündə ulu öndər Heydər Əliyevin həyat yolu, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmlənməsində, iqtisadiyyatının inkişafında, “Azərbaycançılıq” fəlsəfəsinin bərqərar olmasında, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən diplomatiyamızın inkişafında xidmətlərindən danışıb. Səfir ümummilli lider Heydər Əliyevin başladığı yolun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərindən də ətraflı bəhs edərək, dövlət başçısının rəhbərliyi altında Azərbaycanın milli mənafelərinin dünya səhnəsində uğurla təmin edildiyini vurğulayıb.
Bunun ardınca, tədbir iştirakçıları “Əbədiyyət” filmini seyr ediblər.