18 Dekabr 2017 09:35
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.

Hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.

Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib

Körpə həmin yük avtomobilin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb./Report/


Müəllif: Teleqraf.com