22 Dekabr 2017 10:43
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masazırda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə Teleqraf.com-a Azərişıq ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq 22 dekabr 2017-ci il tarixlərində saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir.


Müəllif: İlhamə Əbülfət