Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, bu gün yerli vaxtla saat 03:17:22-də Nardarandan 12 km cənub-şərqdə, Xəzər dənizində qeydə alınan zəlzələhiss edilməyib. 23 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3 bal olub.