23 Dekabr 2017 16:32
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı-publisist İlham Tumasın “Dünyanın gizli otağı: Vatikan” adlı kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində jurnalistlər, tanınmış qələm adamları iştirak ediblər.

Jurnalist Rey Kərimoğlu tədbiri açıq elan edib, bildirib ki, bu, müəllifin ilk kitabı deyil. Tanınmış jurnalist Səbuhi Məmmədli çıxışında İlham Tumasın jurnalistikanın nəbzini tutan şəxslərdən olduğunu deyib:

“Bu gün onun APA TV-də yayımlanan verilişi Azərbaycanın efir məkanında ən dəyərli proqramlardandır. İnanıram ki, televiziya peyk yayımına keçəndən sonra onun verilişi böyük tamaşaçı kütləsi toplayacaq. Kitabını oxumamışam, lakin inanıram ki, kitabı da ən azı verilişi qədər maraqlıdır”.

Yazarın qələm dostu Etimad Əsədov İlham Tumasın Azərbaycan mətbuatı üçün dəyərli şəxs olduğunu deyib: “Düzdür, bu kitabı oxumamışam, ancaq müəllif İlham Tumasdırsa, onun dəyərinə şübhə etmirəm. Kitabı oxuyub, fikirlərimiz müəlliflə bölüşəcəm”.

Tanınmış hərbi diktor Şəmistan Əlizamanlının İlham Tumasın qeyri-adi istedad sahibi olduğunu vurğulayıb: “O, tələbə ikən cəbhədə xidmət etmiş vətənpərvər şəxsdir. Onun yaratdığı hər bir film, kitab digərlərindən fərqlənir. İlham Tumasın yaratdığı hər bir əsərə baxan kimi fərqi hiss etmək olar. Müəllifə yaradıcılıq uğurları, kitablarının davamlı olmasını arzu edirəm”.

Tədbirdə çıxış edən müəllifin atası Əli Ağayev oğlu ilə fəxr etdiyini deyib. Onun hər zaman seçilən insanlardan olmasını arzulayıb. Sonda müəllif tədbirdə iştirak edən bütün dostlara və yaxınlara təşəkkür edib.

Kitab dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmamış məxfi olaylardan bəhs edir. Bu kitabda Vatikanın və mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bir çox gizlinlər haqda həqiqətlərdən danışılır.


Müəllif: Gülxar

Oxşar xəbərlər