28 Dekabr 2017 13:46
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.

İdarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.

Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq.

Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.

Qeyd edək ki, bundan əvvəl QMİ-nin Həcc ziyarəti ilə bağlı nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəndən sonra hazırlıq işlərinə start verilir, fevraldan isə ziyarət üçün sənəd qəbuluna başlanırdı.

Bu il Azərbaycandan indiyə qədər ən az sayda - 900 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub./APA/


Müəllif: Teleqraf.com