3 Yanvar 2018 09:03
5 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanın tanınmış ufoloq və konspiroloqu Skott Vorrinq dünya ilə növbəti maraqlı yeniliyini bölüşüb.

Teleqraf.com xəbər verir ki, UNO və yerdənkənar sivilizasiyalar araşdırmaçısı Vorrinq “Paranormal Krusibl” (Paranormal Crucible) təşkilatından olan həmkarlarının Qırmızı planetdə həqiqi hörümçək tapmağa nail olduqlarını bildirib.

Gerçəkdənmi Marsda araxnidlər mövcuddur? Yoxsa onlar Marsa Yerdən aparılıb? Hər bir halda bu varlığı başqa nə iləsə səhv salmaq mümkün deyil.

Skeptiklər görüntünün əslində bir hörümçək yox, qəribə dağ çatları hesab ediblər. Əlbəttə, rəsmi elm Marsın atmosferində həyatın mümkünsüzlüyünü irəli sürür. Lakin ofoloqlar maraqlı bir sualortaya qoyur: biz hardan bilə bilərik ki, yadplanetlilərin orqanizmi necədir? Şəkillərdə görünən hörümçək eynən Yerdəkilərin bənzəri olsa da, bəlkə onun orqanizminin yaşaması üçün oksigenə, suya və başqa xırda həşaratlarla qidalanmaya ehtiyacı yoxdur...

Tapıntının müəllifi isə görünən varlığın hörümçək olması fikrində iddialıdır. Videonu təqdim edirik:


Müəllif: Alpər