3 Yanvar 2018 14:11
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti yeni avtobuslarla təmin olunub.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, paytaxtda sərnişinlərə xidmət göstərən 133 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar buraxılıb.

Artıq yeni ildən həmin marşrut üzrə sərnişinlərə yeni avtobuslar xidmət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər