Gürcüstandan ölkəyə qanunsuz gətirlən telefonlar gömrükdə müsadirə olunub.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə "Mersedes Benz E220 CDİ" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb.
Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.