Bu ilin ilk Ay tutulması “mavi Ay”ın (bədirlənmiş ay) görünməsi ilə üst-üstə düşəcək.
Bu, 150 ildən bir müşahidə edilən nadir təbiət hadisəsi sayılır.
Bundan əvvəl bu cür hadisə 1866-cı ildə müşahidə olunub.
“Mavi ay” nadir təbiət hadisəsidir. Bu zaman ay ərzində Ay iki dəfə bədirlənir. Belə hal bir də 2028-ci il dekabrın 31-də qeydə alınacaq.
Qeyd edək ki, sırf ayın bədirlənməsi sonuncu dəfə 2015-ci ildə müşahidə edilib. Bu ilin mart ayında isə növbəti dəfə ay bədirlənmiş formada olacaq.
Xatırladaq ki, 2018-ci ildə iki dəfə Ay tutulması qeydə alınacaq. İlk tutulma yanvarın 31-də, sonrakı tutulma isə iyulun 28-də baş verəcək./Report/