12 Yanvar 2018 16:36
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə BakuBus MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir.

“Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.


Müəllif: Şəfiqə