17 Yanvar 2018 01:12
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin 28-ci anım mərasimini qeyd ediblər.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Agentliyinin direktoru Aydın İbadov çıxış edərək bildirib ki, keçmiş sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir: "Xalqın çətin anında yalnız ulu öndər Heydər Əliyev Rusiyanın paytaxtı Moskva şəhərində mətbuat konfransı təşkil edərək qanlı faciəni dünya ictimaiyyətinə çatdırdı və hadisə ilə bağlı bəyanat verdi. Məhz Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi ölkə başçısı İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərilir".

Daha sonra millət vəkili, professor Musa Qasımlı çıxış edərək 20 Yanvar hadisəsinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib.

Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi İmmiyə Zamanova çıxışında uşaqlıq dövrü 1990-cı illərə təsadüf edənlərin Bakıda baş verən bu qanlı hadisəni heç vaxt unutmayacağından danışıb.

Sonda tədbir iştirakçılarına 20 Yanvar şəhidlərinə həsr olunmuş film təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər