“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1599205 ABŞ dolları, 152685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64677 Azərbaycan manatı, 806610 manat dəyərində 14073 qram qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “Xalq qəzeti”ndəki məqaləsində qeyd edib.
Məqalədə bildirilib ki, hesabat dövründə gömrük orqanları tərəfindən 16310 qram civə, 301200 manat dəyərində 300400 ədəd CİTES obyekti olan tibb zəlisi, 1 ədəd əl qumbarası, 120390 manat dəyərində dərman vasitələri, 1292 manat dəyərində baytarlıq dərmanları, 2912 manat dəyərində bitki dərmanları, 22 ədəd elektroşoker, 2570 ədəd mobil telefon və 3382 ədəd mobil telefonların aksesuarları, 590026 manat dəyərində 119105 ədəd məişət texnikası və əşyaları, 55 ədəd odlu silahın patronu, 3 ədəd ov silahı, 967 ədəd ov silahının sursat və ləvazimatları, 41645 qram partlayıcı maddələr, 1314250 ədəd pirotexniki məmulatlar, 12 ədəd pnevmatik silah və 1400 ədəd pnevmatik silahın patronları, 3 ədəd qaz silahı, 90 ədəd soyuq silah, 64 ədəd səs-siqnal patronu, 12 ədəd zirehli texnikanın periskopu, 135309 manat dəyərində 11981 ədəd tibb ləvazimatları, 117635 manat dəyərində 6285 ədəd parfümeriya və kosmetika və külli miqdarda digər mallar tutulub.